Yazını böyüt
Yazını kiçilt
Futbolçularımız üçün sıx qrafikdə oynamaq çətindir. Çünki oyunlara istədiyimiz kimi hazırlaşa bilmirik.
Hafta.az xəbər verir ki, bu sözləri “Qarabağ”ın baş məşqçisi Qurban Qurbanov deyib.
O, artıq bu rejimə öyrəşdiklərini söyləyib:
“Sözsüz ki, 3-4 gündən bir oynamaq futbolçuları çox yorur. Bütün bunlara baxmayaraq, daha diqqətli olub, qarşıdakı matçlara hazırlaşmaq lazımdır”.
Qeyd edək ki, “Qarabağ” növbəti matçını Misli Premyer Liqasının XX turunda fevralın 14-də “İmişli”yə qarşı keçirəcək.